Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi

54 Baxış

Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.

Turanmedia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya 82 yaşlı qarmon ifaçısının ailəsindən məlumat verilib.

Bildirilib ki, sənətçi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə yerləşdirilib: “Xəstəxanaya bu gün apardıq. Vəziyyəti nə yaxşıdır, nə də pis. Belə də…”

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678