Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir teatırının səhnəsində “Qucaqla məni”

155 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrının səhnəsində şair, dramaturq Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsinin motivləri əsasında “ Qucaqla məni” tamaşası teatrsevərlərə böyük ustalıq və məharətlə təqdim olundu. Qeyd edək ki, dramaturq Arzu Soltanın yazdığı və İntiqam Soltanın ( Əməkdar artist) səhnələşdirdiyi tamaşa Azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunub. Tamaşadan öncə teatrın direktoru,Əməkdar artist İntiqam Soltan çıxış edərək soyqırımı hadisələri zamanı vəfat etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarına Allahdan rəhmət dilədi . Qeyd etdi ki,biz bu mövzularda nə qədər tamaşalar göstərsək,nə qədər danışsaq azdır:” Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar. Əslində bu gün rəsmi tədbir olub,bu tamaşa isə bizim Mingəçevir Şəhər İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi, Yevlax Regional Təhsil İdarəsi, Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təşkilatçılığı baş tutub”.
Teatırın direktorunun çıxışından sonra tamaşa nümayiş olunub. Qeyd edək ki, tamaşa bir gənc cütlüyün taleyindən bəhs edən səhnə əsəridir. Tamaşa böyük həvəslə izləndi,alqışlarla qarşılandı. Tamaşanın hər səhnəsi tamaşaçıları duyğulandırdı, möhtəşəm tamaşa nümayiş etdirən Bakı Uşaq və Gənclər Teatrının aktyorları gənc olsalarda böyük ustalıq göstərdilər. Belə demək mümkünsə, bu kimi gənc aktyorlar varsa deməli teatr yaşıyır.
Səhnə əsərində əsas obrazları aktyor Ədalət Agaverdizadə, aktirisa Əfruz Əliyeva,musiqi Yusif Rüstəmovdur.

Esmira Hidayətova,Mingəçevir

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678