Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“AzDrama”nın rəhbərliyinə Mehriban Ələkbərzadə gətirilir?

69 Baxış

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə rejissor Mehriban Ələkbərzadə gətirilir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb. Sayt yazır ki, mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin sözügedən vəzifəyə təyin olunması üçün əmr imzalayacaq.

Məsələ ilə bağlı M. Ələkbərzadə ilə əlaqə saxladıq. Rejissor “Qafqazinfo”ya açıqlamasında yayılan iddianı nə təkzib, nə də inkar etdi: “”Rəsmi bilgim yoxdur, rəsmi xəbər oxumamışam. Rəsmi məlumat çıxanadək bu haqda danışmağı artıq hesab edirəm”.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib. Onun yerinə hələ ki, təyinat yoxdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678