Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bununla özümə nifrət qazandım”

50 Baxış

“Məktəbdə direktordan icazə almışdım “Solğun çiçəklər”də oynayırdım. Orada Sara obrazını canlandırdım. Həmin obraza görə, mənə o qədər dağ basıblar ki…”.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova “Səhər mərkəzi” verilişində deyib. Aktrisa sənətə gəlməsi ilə bağlı xatirələrini bölüşüb:

“Həmin vaxtlar valideynlər qızlarını teatra qoymurdular. Sonra Pəri mənfi obrazını oynadım. Sara ilə insanları ağlatdım, Pəri ilə özümə nifrət qazandım. İnsanlar az qalırdı səhnəyə çıxıb məni öldürsün. Dedim ki, mən bacardım. Bir gün də özümü komediyada sınadım. Faciəni komediyadan gözəl oynayıram. Həyat dərdimi yaşaya-yaşaya oynamışam. İnsanları səhnədə təbii güldürmək çətindir. Ağzını əyirsən, lazımsız söz deyirsən hamı gülür”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678