Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Söyüş söyən məşhurlar – Onlara nə olub?

35 Baxış

Azərbaycanlı məşhurların sosial şəbəkələrdə izləyiciləri ilə konfliktə girməsi birinci dəfə deyil. İzləyicilərinə münasibətdə dözümsüzlük göstərən məşhurların sırasında ön yerdə müğənnilər gəlir. Cəmiyyət ayrı-ayrı ifaçıların müxtəlif dövrlərdə öz izləyiciləri ilə “söz davası”na çıxmasına dəfələrlə şahidlik edib.

Turanmedia.az Yenisabah.az-a istinadən xatırladır ki, bu siyahıya müğənni Nadir Qafarzadə də adını yazdırıb. Tanınan ifaçı ötən bazar “Instagram” postlarının birində sosial şəbəkə izləyicisinin ünvanına qeyri-etik ifadələr işlədib. Amma bununla da ürəyi soyumaraq, açıq söyüşə keçib, bir sənət adamına, bir insana yaraşmayan ifadələr işlədib. Nadirin “Instagram” postuna “Ala, get… Ananla öpüşüm, ya ananı…” sözləri onu sosial şəbəkə iştirakçılarının hədəfinə çevirib. Onlar sənətçinin bu davranışından ciddi şəkildə məyus olduqlarını bildiriblər. Bəzi izləyicilər isə müğənniyə adekvat cavab verməkdən çəkinməyib. Nəticədə təkcə N.Qafarzadənin özü deyil, ailə üzvləri, qohumları və yaxın ətrafı da lüzumsuz söyüş və təhqirə məruz qalıb.

Qeyd edək ki, bundan əvvəl də məşhurlar dəfələrlə öz izləyiciləri ilə “söz savaşı”na çıxıblar. Xalq artisti Bilal Əliyev bir neçə dəfə “TikTok”da izləyicilərini ana-bacı söyüşünə “qonaq edib”.

Əməkdar artist Vasif Məhərrəmli də izləyiciləri ilə qalmaqal yaşayan sənətçilərdəndir. O, vaxtilə izləyicisini təhqir etməklə qalmayaraq, onu təhdid də etmişdi :

“Moskvadakı dostlarıma səslənirəm, bu şərəfsizin yerini bilən varsa, mənə deyin, anında uçub gələcəm. Şərəfsiz, səndən rəsmi qaydada şikayət edirəm. Hava limanından səni birbaşa polisə gətirəcəklər”.

Hazırda Moskvaya köçən müğənni Afət Fərmanqızı da sosial şəbəkələrdə ona yazılan xoşagəlməz rəyləri cavabsız qoymur. Görünüşü ilə bağlı yazılan mənfi rəylər isə müğənnini ikiqat əsəbləşdirir. O, bir müddət əvvəl izləyicilərinə “Bəzi itə oxşayan xanımlar və bəzi arvadsifət bəylər, nəsli-kökü daxil yığışsa belə topuğumun gözəlliyi sifətlərində olmayan, itə bənzər məxluqlar mənə irad bildiriblər. Gəlin, mənimlə yarışın. Əgər topuğumun gözəlliyi sizin sifətinizdə olsa, 1000 manat həmin şəxsə bağışlayacam!” – deyə qəzəblənmişdi.

Müğənni Təranə Qumral da sosial şəbəkələrində özünə və həyat yoldaşı Musa Musayevə yazılan tənqidi şərhlərə təhqirlə cavab verir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678