Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşsizlikdən gileylənən Rüstəm Rusiyada seriala çəkildi – Fotolar

38 Baxış

“Best Model of The World” yarışmasının qalibi, model Rüstəm Cəbrayılov Rusiyada seriala çəkilib.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Rüstəm “Домашний” telekanalında yayımlanacaq “Ərik acısı” (“Абрикосовой горечи”) adlı ekran işinin çəkilişlərindən olan görüntüləri izləyiciləri ilə bölüşüb.

Sözügedən serialda Rüstəm baş rollardan birini ifa edib. Onun sözlərinə görə, çəkilişlər Belarusda və Moskvada aparılıb. Ekran işinin təqdimatı isə yaxın aylarda olacaq.

Qeyd edək ki, bir müddətdir işsizlikdən şikayət edən R.Cəbrayılov Mədəniyyət Nazirliyinə müraciət etdiyini, eyni zamanda teatrda işə düzələ bilmədiyini söyləmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678