Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nurəddin Mehdixanlının qızının fotolarını paylaşdı

28 Baxış

Xalq artisti Nurəddin Mehdixanlının qızı Alagözün fotoları yayılıb.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, şəkilləri aktrisa Məlahət Abbasova paylaşıb. O bildirib ki, Alagözlə Şuşada tədbirdə olarkən tanış olublar.

“Şuşada mənə gözəl bir qız yaxınlaşdı. Dedi ki, mən Nurəddin Mehdixanlının qızıyam. Gözəlliyi qarşısında ağzım açıq qaldı. Elə bil öz qızımdır. Demək ki, insan dostunun qızını da öz övladı kimi sevərmiş, bağrına basarmış. Nurəddin, Allah balalarının xoşbəxt günlərini sənə göstərsin” deyə, M.Abbasova bildirib.

Qeyd edək ki, aktyorun Ayturan adlı daha bir qızı, Ərturan adlı oğlu var. N.Mehdixanlının Mədinə və Məryəm adlı iki nəvəsi var.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678