Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə “Zamanın Ruzigarı”böyük coşqu ilə qarşılandı.

259 Baxış

Mingəçevirdə “Zamanın Ruzigarı”böyük coşqu ilə qarşılandı.

Turanmedia.az xəbər verir ki, Mingəçevir teatrı öz ənənələri və zəngin repertuar tarixi olan bir teatrdır. Son bir ildə teatr zəngin səhnə əsərləri ilə teatrsevərlərin zövqünə oxşayıb. Rejissor Vüsal Mehrəliyev Mingəçevir teatrına təyin olunanda demişdi ki,Mingəçevir teatral şəhərdir. Həqiqətən də belə oldu.Teatra direktor təyin olunan Əməkdar artis İntiqam Soltan isə yeni təyin olunanda demişdi ki,bir il keçməz bizimlə yarışmaga teatr axtaracayıq. Artıq Mingəçevir teatrı rəqabətə girə biləcək teatr axtarışındadır desək yanılmarıq. Ugurlu tamaşalar bir-birinin ardınca teatrsevərlərə təqdim olunur. Ən maraqlısıda odur ki,tamaşaçı teatra gələndə bəzən yer qıtlığıda yaranır. Onu da qeyd edək ki,teatrın kollektivi öz rollarını çox böyük həvəslə oynayırlar.Belə ugurlu tamaşalardan biri də bu gün teatrın səhnəsində nümayiş olundu.

Yazıçı-dramaturq Xeyrəddin Qocanın “Zamanın Ruzigarı” pyesi əsasında,rejissor Vüsal Mehrəliyevin quruluş verdiyi eyniadlı tamaşa aktyorlar tərəfindən böyük ustalıqla oynanıldı.

Tamaşanın sonunda müəllif kollektivi təbrik edib, tamaşa haqqında öz müsbət fikirlərini söyləyib.Teatrsevərlər daha yeni tamaşalar görmək arzusu ilə teatrın rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678