Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xalq artistinin kürəkəni ilə oxuduğu mahnı… – Video

37 Baxış

Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri “Unuda bilmirəm” mahnısını təqdim ediblər.

Turanmedia.az Kult.az-a istinadən xəbər verir ki, musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq Yutub platformasına yerləşdirilib. “Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib.

“Bir il idi ki, “Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu”, – Mərdan bildirib.

Xatırladaq ki, sözügedən ifa ilk dəfə xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678