Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Dram Teatırının səhnəsində Premyera

35 Baxış

Turanmedia.az xəbər verir ki, 2 dekabr 2023-cü il tarixində Mingəçevir Dövlət Dram Teatırının səhnəsində “Açarını İtirənlər” tamaşasının premyerası keçirildi.

Rejissoru Vüsal Mehrəliyev olan tamaşanın premyerasında şəhər sakinləri ilə birgə şəhərin qonaqları da iştirak edirdilər.

Tamaşada baş rol qəhrəmanı Musanın başına gəlməyən hadisələr qalmır. Belə ki, Musa həyat yoldaşı ilə birlikdə toydan çıxıb evə gələrkən yolda evin Açarını itirir. Hadisələr məhz bundan sonra baş verir. Musa içkili halda olduğu üçün evin açarını harda düşündüyünü xatırlaya bilmir. Sonda Musa ilə həyat yoldaşının qarşısını kəsib, hər şeylərini əllərindən alırlar, Musanın şalvarının qaytaranda evin açarı şalvarın cibində olur.

Tamaşaçıların marağına səbəb olan premyera alqışlarla qurtardı.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678