Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Üzüklərin hökmdarı”nın aktyorları əsərin yazıldığı evi almaq üçün kampaniyaya qoşuldular – FOTO/VİDEO

220 Baxış

Böyük Britaniyada məşhur yazıçı Con Tolkinin “Hobbit” və “Üzüklərin hökmdarı” əsərlərini yazdığı evi almaq və bərpa etmək üçün kampaniya başladılıb. Layihənin saytında bildirilir ki, üç ay ərzində 4,5 milyon funt (10.2 milyon manat) toplanmalıdır, əks təqdirdə bina satışa çıxarılacaq.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Tolkin Oksforddakı evinə 1930-cu ildə köçüb və universitetdə dərs dediyi 17 il ərzində orada yaşayıb. Hazırda binanın sahibi başqasıdır.

Evi xilas etmə qərarı Culiya Qoldinqə məxsusdur. O, obyekti təmir etmək və “Tolkin Muzeyi”nə çevirmək istəyir. Burada həmçinin mədəniyyət mərkəzi və incəsənət xadimlərinin görüş yeri olacaq.

Qoldinqin təşəbbüsü “Üzüklərin hökmdarı” filmindən aktyorlar İen Makkellen (Gendalf), Martin Friman (Bilbo Beggins) və Con Ris-Devis (Gimli) tərəfindən dəstəklənib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678