Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı məşhur aktrisa koronavirusa görə xəstəxanaya yerləşdirilib – FOTO

187 Baxış

Rusiyalı məşhur aktrisa Alisa Freyndlixdə koronavirus aşkar edilib.

REN TV-nin məlumatına görə, Rusiyanın xalq artisti hazırda Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilib. Aktrisada koronavirus və sətəlcəm müəyyən edilib. Onun ağciyər hüceyrələrinin 80 faizi zədələnib.

Sovet və Rusiya teatr və kino aktrisası, müğənni  Alisa Freyndlix SSRİ xalq artisti, K.S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı, Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı, Rusiya Hökumət mükafatı laureatıdır.

O, “Slujebnıy roman” (“İşdə məhəbbət macərası”), “Bessmertnaya pesnya” (“Ölməz mahnı”), “Qorod zajiqayet oqni” (“Şəhər işıqlarını yandırır”), “12 stulyev” (“12 stul”), “Vals” (“Vals”), “Vçera, seqodnya i vseqda” (“Dünən, bu gün və həmişə”), “Moya jizn” (“Mənim həyatım”), “Poyezd pamyati” (“Yaddaş qatarı”), “Posledniy pılkiy vlyublyonnıy (“Sonuncu ehtiraslı aşiq”), “Jenskaya loqika” (“Qadın məntiqi”), “Vasilyevskiy ostrov” (“Vasilyev adası”), “Bulvarnoye koltso” (“Bayağı üzük”), “Bolşoy” (“Böyük”) və sair filmlərdə rol alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678