Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı aktyor vəfat etdi

220 Baxış

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya aktyorun həmkarı Elçin İmanov bildirib.  

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaradıb. Eyni zamanda, “Nə gözəldir bu dünya…” (1999), “Əlavə təsir” (2010), “Yazıçı” (2013) kimi filmlərdə çəkilib.

Allah rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678