Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Amfibiya adam” koronavirusdan öldü – FOTO

208 Baxış

Sovet aktyoru, Rusiyanın Xalq artisti “Çelovek amfibiya” (“Amfibiya adam”) filmində baş rol ifaçısı Vladimir Korenyev 81 yaşında vəfat edib.

Bu barədə “İnterfaks”a onun qızı İrina Korenyeva məlumat verib.

“Bəli, atam vəfat edib. Ölümündən əvvəl o, koronavirusa görə “qırmızı zonada” idi”, – deyə aktyorun qızı agentliyə bildirib.

Qeyd edək ki, aktyor “Amfibiya adam” filmində “İxtiandr” rolu ilə inanılmaz şöhrət qazanıb. 1961-1962-ci illərdə filmi 65 milyon tamaşaçı seyr edib.

1962-ci ildə “Amfibiya adam” filmi beynəlxalq fantastik filmlər festivalında “Gümüş yelkən” mükafatına layiq görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678