Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Harry Potter” ulduzu kinodan gedəcəyini açıqlayıb – FOTO

172 Baxış

“Harry Potter” serialında Ron Uezli rolunu oynayan ingilis aktyor Rupert Qrint qızı dünyaya gəldikdən sonra karyerasını dəyişdirməyi düşünür.

Bu barədə REN TV xəbər yayıb.

Körpə keçən ilin may ayında dünyaya gəlib. Ona Uensdey (Çərşənbə) adı veriliib.

Bildirilir ki, övladının dünyaya gəlməsi 32 yaşlı Rupert Qrintə çox təsir edib. Artist siqareti tərk edib, bunun sayəsində yuxusuzluqdan sağalıb.

Hazırda aktyor “Servant” serialının çəkilişlərində iştirak edir.

“Harry Potter” ulduzu jurnalistlərə peşəsini dəyişdirməyi düşündüyünü etiraf edib və gələcəkdə kinodan tamamilə ayrılacağını istisna etməyib.

Qrint inşaat və dülgərliklə maraqlanır. Aktyor əl işlərini çox sevdiyini etiraf edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678