Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Baharın on yeddi anı”nın generalı koronavirusdan öldü

172 Baxış

Rusiyanın məşhur kino aktyoru, SSRİ xalq artisti Vasili Lanovoy dünyasını dəyişib.

Bu barədə TASS-a aktyorun həyat yoldaşı İrina Kupçenko məlumat verib.

Yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya aparılan aktyor 87 yaşında vəfat edib.

Qeyd edək ki, Vasili Lanovoy kinoya hələ tələbə ikən, 1954-cü ildə “Kamal attestatı” filminin qəhrəmanı Valentin Listovskin rolunu canlandırmaqla qədəm qoyub.

Onun zahiri yaraşığı, istedadı rejissorların çox xoşuna gəlir.

“Polad necə bərkidi”də Pavel Korçagin, “Al yelkənlər”də Artur Qrey, “Həmkarlar”da Aleksey Maksimov, “Hərb və sülh”də Anatol Kuraqin rollarında çəkilir, məşhurlaşır.

O, 1967-ci ildə “Anna Karenina” filmində keçmiş həyat yoldaşı Tatyana Samoylova ilə tərəf müqabili olur. 1973-cü ildə “Baharın on yeddi anı” telefilmində general Volf rolunu canlandırır.

Modern.az


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678