Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi necə qorunur? – VİDEO

172 Baxış

Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər buranı həm də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər.

“Report” xəbər verir ki, muzeyin yerləşdiyi bina vaxtilə Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) mülkü olub. Tağıyev ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli, yüksək memarlıq zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb. 1895-ci ildə təməli qoyulan binanın inşası 7 il davam edib. 101 otaqdan ibarət imarətdə Tağıyevin ailəsi xoşbəxt günlərini keçirib.

1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bir çox varlı insanların mal-mülkləri kimi, Tağıyevin evi də müsadirə olunub. Tanınmış xeyriyyəçi böyük arzularla inşa etdirdiyi mülkünü tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində yaşamalı olub.

Süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678