Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mayli Sayrusun bacısı “Grammy” mərasimində geyimi ilə təəccübləndirdi – FOTO

167 Baxış

Amerikalı müğənni Mayli Sayrusun kiçik bacısı Cayrus Noanın “Grammy Awards”a geyindiyi geyim sosial şəbəkələrdə zarafat obyektinə çevrilib.

Müvafiq material “The Independent” tərəfindən dərc edilib.

Sosial şəbəkə istifadəçiləri 21 yaşındakı məşhurun paltarının qeyri-adi dizaynını ələ salıblar. Onlar geyimi səliqəyə salınmamış yataq və çırpılmış qaymaqla müqayisə etməyə başlayıblar.

“Noa Cayrus yorğana bürünüb”, “Noa Cayrus 2020-ci ilin rəmzi olan bürüşmüş tualet kağızı paltarında gəlib”, – deyə istifadəçilər istehza ilə yazıblar.

Noah Cyrus came dressed as the hoarded toilet paper of 2020 #Grammys pic.twitter.com/VSRY9gpM61

— Dana? (@sheroseslowly) March 14, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678