Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır” – FOTO

201 Baxış

Türkiyədə dərc olunan “Ayarsız” aylıq dərgisi xarı bülbülü qapaq şəkli edib.

Dərginin üstündə isə “Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır” qeydi yazılıb.

Aylıq jurnal Qarabağın simvolu olan xarı bülbülə üstünlük verməklə, Azərbaycana, xalqımızın mənfur düşmənlə apardığı haqq mübarizəsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, fəlsəfə, mədəniyyət, incəsənət və ədəbiyyat dərgisi ayda bir dəfə nəşr olunur. Dərginin cəmiyyətin müxtəlif kəsimlərindən böyük oxucu auditoriyası var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678