Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Memləri ilə tanınan “Qəhqəhə” ləqəbli məşhur aktyor vəfat etdi – VİDEO

174 Baxış

İnternetdə “El Risitas” (“Qəhqəhə”) kimi tanınan komediyaçı və aktyor Xuan Xoya Borja vəfat edib.

Bu barədə “Meduza” xəbər yayıb.

65 yaşlı aktyorun ağır xəstəliyi səbəbindən ötən il ayaqları amputasiya olunmuşdu. O, həmin vaxtdan bəri xəstəxanada idi.

Qeyd edək ki, Xoya 2015-ci ildə “YouTube”da virus kimi yayılan video sayəsində dünyada populyarlıq qazanmışdı.

Kadrlar 2002-ci ildə “Ratones Coloraos” tok-şousundan idi. Verilişdə Xoya çimərlikdə bir restoranda qabyuyan işlədiyi dövrdə başına gələn yumorostik hadisələrdən danışmışdı. Onun bu hekayələri danışarkən gülüşü parodiya obyektinə çevrildi və onu dünyada tanıtdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678