Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XVII əsrdə inşa olunan və ot basan tarixi abidə təmizləndi – FOTO

177 Baxış

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi”ndə (8 ədəd) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən təmizlik işləri aparılıb.

Bu barədə Oxu.Az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, tarixi abidənin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-səhman yaradılıb.

Qeyd edək ki, “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678