Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda şəhid olan ahıska türkləri barədə sənədli film hazırlanır

158 Baxış

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan ahıska türklərinin tanıtmaq üçün əhəmiyyətli layihə həyata keçirilir.

“Haberler”in məlumatına görə, bu barədə DATÜB mətbuat xidmətinin rəhbəri Mövlud İşıq xəbər verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın Saatlı, Sabirabad, Yevlax, Samux, Şabran, Quba və Zaqatala rayonlarında Qarabağ müharibəsində şəhid olan ahıska türklərinin ailələri ilə görüşülüb, onların qəhrəmanlıq hekayələrinin ictimaiyyətə tanıdılması məqsədiylə sənədli filmlər üçün razılıqlar əldə edilib.

Mövlud İşıq DATÜB rəhbəri Ziyatdin Kassanovun bu məqsədlə aprel ayının sonlarında  Azərbaycana səfər etdiyini vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri sənədli filmlərdən əlavə bu barədə kitablar da nəşr olunacağını bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678