Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Son zəng” günü bir video ilə məşhurlaşan müəllim: “Xaricdə yaşayan tələbəm dedi ki, gündəmdəsən” – FOTO

153 Baxış

Ötən gün “Son zəng” tədbirində rəqs edən şagirdlərini kənardan müşaiət edən müəllim bir anda sosial şəbəkədə məşhurlaşdı.

Oxu.Az-ın əməkdaşı izləyicilərin marağına səbəb olan müəllim ilə söhbətləşib.
Həmin şəxs Əməkdar artist, müəllim Elçin Allahverdiyevdir. 

O, 10 yaşından rəqslə məşğuldur:

“İlk dəfə 1981-ci ildə “Cücələrim” rəqs ansamnblında müəllim kimi fəaliyyətə başladım. 1994-cü il “Səyyah” rəqs kollektivi, 2013-cü ildən isə həm Uşaq Filormoniyası, həm də “Səma” rəqs ansamblında çalışmışam. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında milli rəqslərimizin metodikası ilə bağlı dərs deyirəm, eyni zamanda, “Səma” rəqs ansamblında rəqslərə quruluş verirəm”.

Elçin Allahverdiyev 2018-ci ildə əməkdar Əməkdar artist adını aldıqdan sonra Bakı Xoreoqrafiya Akademiyasına dəvət alıb.

O, ötən gün sosial şəbəkələrdə yayılan videosundan da danışıb.

“Dünəndən hamı mənə zəng edir və o videodan danışırlar. Yolda gələndə məni göstərib, bax, o müəllimdir deyirlər. Hətta hazırda xaricdə yaşayan tələbəm də mənə yığdı, videodan danışdı və dedi gündəmdəsən (gülür)”.

E.Allahverdiyev qısa zamanda tədbirdə şagirdlərin rəqs etməsi barədə də məlumat verib:

“Mənə zəng etdilər ki, “Son zəng” tədbiri üçün rəqs qurmaq lazımdır. Siz, bacararsınız? Dedim gələrəm görərsiniz. İki gün ərzində rəqsi hazırladıq. Əvvəlcə şagirdlərin ritm duyma qabiliyyətlərini yoxladım. Sonra birlikdə rəqsi qurduq.

Tədbirdə mən uşaqlara göstərirdim ki, fasilədə hərəkətləri düzgün etsinlər. Nəticədə gözəl çıxış etdilər. Mən hər zaman çalışmışam ki, Azərbaycan xalqının övladları milli rəqslərimizi sevə-sevə öyrənsinlər”.

Həmsöhbətimiz qeyd edib ki, rəqs öyrənən zaman əsas ritmi tutmaq lazımdır:

“Əgər sən ritmi duyub, qamətini şux saxladınsa, o zaman rəqs etməyi öyrənə bilərsən. Ritmi bilməyən insan heç vaxt rəqs edə bilməz. Rəqs aləmi böyük elmdir. Hər hərəkətin sayı var. Milli rəqslərin sayı cütdür. Hər bir hərəkətin baş hərfi var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678