Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Vətən müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb”

163 Baxış

“Mən çox şadam, çünki can Azərbaycandayam. Bəxtiyaram ona görə ki, Azərbaycanın Milli Məclisindəyəm”. 

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxış edərkən deyib. 

O bildirib ki, 44 günlük müharibədən sonra regionda yeni vəziyyət yaranıb. 

Türkiyə liderinin sözlərinə görə, 30 illik münaqişədən sonra Azərbaycan qələbə qazandı. 

“Böyük liderlik göstərək qələbəni Azərbaycana qazandıran Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyevi bir daha təbrik edirəm. Mən Azərbaycan xalqını, Azərbaycan ordusunu təbrik edirəm”, – deyə o əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678