Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Corc Martindən “Taxt oyunları”nın sonu ilə bağlı sürpriz – FOTO/VİDEO

151 Baxış

“A Song of Ice and Fire” (“Buz və alovun mahnısı”) roman seriyasının müəllifi Corc Martin hələ də epik fantaziyanın növbəti hissəsi üzərində işlədiyini bildirib.

Bu barədə “Deadline” xəbər verib.

Yazıçı HBO-nun əsər əsasında çəkdiyi “Game of Thrones”un (“Taxt oyunları”) sonunun onun üçün də gözlənilməz olduğunu etiraf edib.

O bildirib ki, çəkilişlərə başlayanda dörd kitabı çap olunmuşdu, beşincisi isə serial efirə verildiyi 2011-ci ildə dərc olunub.

“Heç vaxt mənə çatacaqlarını düşünməzdim, amma bu baş verdi və hətta daha da irəli keçdilər”, – deyə o, bildirib.

Serial müddətində Martin ancaq bir cild kitab çıxara bilib. Serialın sonu NBO-nun düşündüyü kimi çıxdıqda isə serialın pərəstişkarları narazılıq etdilər və Martini kitab yazmaqda çox ləng tərpənməkdə günahlandırdılar.

“Beləliklə, hələ də kitab üzərində işləyirəm və hekayənin sonunu yalnız çap olunanda biləcəksiniz”, – deyə o, əsərin pərəstişkarlarına xəbər verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678