Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yüz milyonlarla dollara başa gələn tarixin ən bahalı serialı çəkiliş məkanını dəyişdi

155 Baxış

“The Lord of the Rings” (“Üzüklərin hökmdarı”) serialının ikinci sezonu üçün çəkiliş prosesi Yeni Zelandiya əvəzinə Böyük Britaniyada aparılacaq.

Bu barədə “BBC News” məlumat yayıb.

Bu addım “Amazon Studios” tərəfindən istehsal bazasının genişləndirilməsi strategiyasına uyğun olaraq atılıb.

Televiziya şousu orijinal trilogiyanın hadisələrindən min illər əvvəli əks etdirəcək. İlk sezonun premyerası 2 sentyabr 2022-ci ildə “Amazon Prime Video” vasitəsi ilə planlaşdırılır. Onun istehsalı studiyaya 465 milyon dollara başa gəlib. Bu serial artıq tarixin ən bahalısı sayılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678