Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın əməkdar artisti vəfat edib

143 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı vəfat edib.

Turanmedia.az xəbər verir ki, bu barədə onun həmkarları məlumat yayıb.

Məlumata görə, o, bu gün 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 2018-ci ildə Elşən Carhanlıya Azərbaycanın əməkdar artisti fəxri adı verilib. //Turanmedia.az

Allah rəhmət eləsin.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678