Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə rayonunda Yevlax Kukla xalq teatrı tərəfindən “Güllü və Güloğlan” tamaşası nümayiş olunub

91 Baxış

Bərdədə Yevlax Kukla xalq teatrı tərəfindən “Güllü və Güloğlan” tamaşası nümayiş olunub.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax Kukla xalq teatrı tərəfindən Orta Asiya nağılı olan E.Giladi və Çerniyakın qələmə aldığı “Güllü və Güloğlan” tamaşası Bərdədə nümayiş olunub.

Bərdə rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşanın quruluşçu rejissorları Respublikanın Əməkdar Mədəniyyət işçiləri Zöhrə Adgözəlova və Eldəniz Mustafayevdir.

Şəhid və qazi ailələrinin övladlarının da qatıldığı tamaşa böyük maraq və alqışlarla qarşılanıb.

Tamaşadan sonra çıxış edənlər Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova yaradıcı heyətə təşəkkürlərini çatdıraraq gənc nəslin yetişməsində bu kimi tamaşaların müsbət rolundan bəhs edib.

Tamaşanın nümayişində məqsəd uşaqların asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, həmçinin uşaqlara xeyirxahlıq, vətənpərvərlik, mədəniyyətə, incəsənətə məhəbbət aşılamaqdır.

Sonda yaradıcı heyət ilə xatirə şəkilləri çəkdirilib.

 

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678