Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Natavana verilən diplom qalmaqal yaratdı

70 Baxış

Müğənni Natavan Həbibi və bloger Elçin Lənbəranski arasında qalmaqal yaşanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Natavan özü paylaşım eidb. Buna səbəb isə E. Lənbəranskinin Müdafiə Nazirliyi tərəfindən tətltif olunan sənətçini tənqid edib, “5 qaziyə ev inşa edib vermişik, 1 şəhid ailəsini evlə təmin etmişik, diplomu da Natavana veriblər”,- deməsidir.

Natavan cavab kimi, daha əvvəllki illərdə yazışmalarını yayaraq, özünə qarşı xoş münasibətinin olduğunu, hər zaman Lənbəranskinin xahişini yerinə yetirdiyini, hətta blogerin ona “sənətkar” kimi müraciət etdiyini bildirib.

Bundan əlavə, N. Həbibi “Etdiklərimizi saymayaq. Mənim üçün əsas odur ki, hər şeyi yaradan bilir və görür”, – deyə, bildirib.

O, şərh bölməsində isə “Onu gözəl bilirəm ki, deyirəm, millətin puluna ediblər. Gecəni gündüzə qatmağınızı şəxsən işıqlandırıb, dəstək olmuşam. Bu da cavab. Bu boyda adların içində 40 ildə bir dəfə mənə bir təltif düşdü, onu da çox gördüz. Həvəsinizə şokdayam. Heç dəxli var? Yekə adamlarsız”, – sözlərini qeyd edib.

Bundan sonra E. Lənbəranski öz istəyi ilə paylaşımı siləcəyini yazıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678