Ruslar itkilərini gizlətmək üçün meyitləri yandırırlar
84 Baxış
Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Tokmak bölgəsindəki rus işğalçıları cəbhədə öz itkilərini gizlətmək üçün səyyar krematoriya qurublar.
Turanmedia.az-ın məlumatına görə, TNS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən itki verməkdə davam edir. Tokmak şəhərindəki “Pridneprovskaya biotes” müəssisəsinin ərazisində ölən işğalçıların sayını gizlətmək üçün ruslar səyyar krematoriya quraşdırıblar. Yerli sakinlər meyit qoxusunun davamlı olmasından şikayətlənirlər”,- məlumatda bildirilib.