Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rus ordusu Ukrayna şəhərinə girdi – Ərazilər ələ keçirildi

57 Baxış

“Vaqner” qrupunun muzdluları Ukraynanın Artemovsk şəhərinin şimal-qərb ərazilərini ələ keçirib.

Turanmedia.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qruplaşmanın döyüşçülərinə Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri, eləcə də Cənub Hərbi Dairəsinin qüvvələri kömək ediblər.

Nazirlik Ukrayna ordusunun Donetsk vilayətinin Boqdanov, Çasov Yar və Konstantinov rayonları yaxınlığında ağır itkilər verdiyini də iddia edir. Həmin iddiaya görə, Ukrayna döyüşlərdə 270-dən çox hərbiçisini, 1 tank, 1 PDM, 7 zirehli texnikasını itirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678