Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya bu ərazilərə nəzarəti ələ keçirdi

67 Baxış

Rusiya Silahlı Qüvvələri Xerson vilayətində Dnepr çayının mənsəbindəki bütün adalara yanaşmaları nəzarətə götürüb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Dnepr çayının mənsəbində və buxtayaa çıxışda bütün adalara yanaşmalar RF Silahlı Qüvvələrinin bölmələrinin tam nəzarəti altındadır. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin yenidən adalarda möhkəmlənmək şansı yoxdur.

Bundan əlavə, Rusiya hərbçilərinin Xerson yaxınlığında Dnepr çayının sol sahilində ukraynalı diversantların yeddi qayıqla eniş cəhdinin qarşısını aldığı qeyd olunub.

Ukrayna ordusunun yaxın gələcəkdə əks-hücum əməliyyatı keçirməyi planlaşdırdığı barədə söhbətlər isə bir həftədən çoxdur ki, davam edir.

Mayın 5-də Zaporojjya vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri yaxın bir neçə gün, hətta saatlar ərzində əks hücuma keçə bilər. Mayın 7-də Zaporojye “Biz Rusiya iləyik” hərəkatının rəhbəri Vladimir Roqov da Ukraynanın yaxın günlərdə əks-hücum keçirməsi ehtimalından danışıb.

Eyni zamanda, Yevgeni Balitski Rusiya hərbçilərinin Zaporojye vilayətində hücuma keçməyə hazır olduğunu bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678