Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Vaqner” çox yaxşı döyüşürdü – Ukrayna kəşfiyyatı

44 Baxış

Ukrayna kəşfiyyatı “Vaqner” yaraqlılarının nizami Rusiya ordusundan daha yaxşı döyüşdüyünü bildirib. Yevgeni Priqojin muzdlularını cəbhədən geri çəkdi, bu, ruslar üçün böyük itkidir. Vaqnerçilərin üstünlüyü ciddi nizam-intizam idi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının keçmiş əməkdaşı, Gələcək İnstitutunun eksperti İvan Stupak deyib.

Onun sözlərinə görə, vaqnerçilər öz liderləri Priqojinə qarşı çox itaətkar olublar:

“Vaqner” muzdluları Rusiyaya cəbhədə ən azı müəyyən nəticə verən yeganə böyük hərəkətverici qüvvədir. Ağır itkilərə baxmayaraq, onlar irəliləməyə davam etdilər. Qəddar intizamları var. Priqojin onları özünə tabe etdi, kim tabe olmadı, onu vurdu. Qaydaları pozanlar güllələndi. Aldadanları döyürdülər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678