Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərbaycan Ordusunda bir neçə yeni qurum yaradılır”

99 Baxış

Cənab Prezidentin tapşırığı ilə biz müharibədən sonra ordunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilməsinə davam edirik”.

Turanmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov bu gün Bakıda türkiyəli həmkarı Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bir neçə yeni qurum yaradılır: “Hərbi qulluqçularımız Türkiyədə təlim keçirlər və Azərbaycana qayıdaraq bu ən mühüm birləşmələrdə xidmətlərinə davam edirlər. Bizim gələcəkdə də böyük planlarımız var.

Onu da qeyd edim ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi silahlardan, texnikalardan və mərmilərdən də istifadə edib. Son illər Türkiyənin hərbi sənayesi çox inkişaf edib. Biz müharibədə təkcə Türkiyənin PUA-larından yox, toplardan, raketlərdən, dəqiq vuran mərmilərdən, dronlara qarşı mübarizə aparan ən müasir “Bayraqdar”lardan da istifadə etdik”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678