Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusların üç istiqamətdə hücumları dəf edildi

39 Baxış

Ukrayna ordusu ötən sutka ərzində üç istiqamətdə rus hərbçilərin hücumlarını dəf edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

“Düşmən əsas səylərini Liman, Baxmut və Maryinka istiqamətlərində cəmləşdirir – gün ərzində 30-dan çox döyüş toqquşması baş verib”, – məlumatda deyilib.

Bildirilib ki, xüsusən də Rusiya Luqansk vilayətinin Nevski və Dibrovanın cənubu ərazilərində uğursuz hücum əməliyyatları həyata keçirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678