Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada müharibə nəticəsində həlak olan uşaqların sayı açıqlandı

37 Baxış

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678