Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Suraxanıda su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir

94 Baxış

Suraxanı rayonunda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, əhalinin içməli su ilə təmin edilməsi məqsədilə Hövsan qəsəbəsi, “Quşçuluq sovxozu” adlandırılan yaşayış sahəsində Azərsu ASC-nin layihəsinə uyğun olaraq Suraxanı rayon Sukanal İdarəsi tərəfindən çəkilişi nəzərdə tutulan 3700 pm su xətlərinin 420 pm hissəsi artıq yekunlaşıb. Hazırda qalan hissənin çəkilişi davam etdirilir.

Həmçinin, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində çirkab su xətti olmayan ərazidə uzunluğu 200 (d 300 mm) və 1400 (d 200 mm) metr olan kanalizasiya şəbəkəsinin qurulması işləri həyata keçirilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678