Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran İsraillə müharibəyə girsə… – Fəlakət ssenarisi

30 Baxış

Regional oyunçular HƏMAS-a açıq dəstək verməyə tələsmir, lakin onlar da İsrailə təsir edə bilmirlər. Onu nəinki AB, hətta Ağ Ev də dayandıra bilməz. Belə bir vəziyyətdə eskalasiya spiralı yalnız açılır. Bu, İsrailin quru əməliyyatı ilə Qəzzanın tam işğalına səbəb ola bilər. Daha çox qan töküləcək. Belə bir vəziyyətdə İran İsraillə müharibəyə başlamaq qərarına gəlsə, ərəblər və Ankara isə Fələstini maliyyələşdirib silahla təmin edərsə, münaqişə böyüyəcək. ABŞ İranla müharibəyə getməyə məcbur olacaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi müşahidəçi Kamran Həsənov deyib.

“Əgər İran, Türkiyə və Səudiyyə Ərəbistanı dəstək verməyə qərar verməsə, İsrail özünü “boykot”la məhdudlaşdıra bilər. Boykot Təl-Əviv üçün zərərlidir, lakin bu, ölümcül zərbə deyil. İsrail onilliklərdir ki, belə şəraitdə yaşayır. Hətta Ukraynaya yardımı azaltmaq lazım gəlsə belə, ABŞ yəhudi diasporunun səyləri ilə regiondakı yeganə müttəfiqinin köməyinə gələcək”, – o bildirib.

Ekspertin fikrincə, ABŞ və İranın müharibəyə daxil olması ilə münaqişənin genişlənməsi hamı üçün fəlakətli, gözlənilməz nəticələrlə səbəb ola bilər:

“Bununla belə, hətta daha “mötədil” ssenari həm İsrailə, həm də ABŞ-a çoxlu problemlər gətirəcək. Vaşinqton Yaxın Şərqdə qalan etimadı və təsirini tamamilə itirəcək, çünki islam ölkələri Fələstindən gələn minlərlə ölüm və qaçqın üçün ABŞ-ı bağışlamayacaq. İsrail isə Fələstin problemini həll edəcək və daxili siyasi böhrandan çıxacaq, lakin uzun illər mümkün blokada və təcrid bahasına. Beləliklə, ABŞ-İsrail ikilisi üçün ən yaxşı seçim, müəyyən səviyyədə tərəfdaşlığın qorunduğu regional güclərlə koordinasiyada diplomatiyaya mümkün qədər tez keçməkdir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678