Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

CİNAYƏTKARLIĞIN, İNTİHARIN, KASIBÇILIĞIN ƏN BAŞLICA SƏBƏBİ MƏHZ SIRF İŞSİZLİKDİR!

91 Baxış

CİNAYƏTKARLIĞIN, İNTİHARIN, KASIBÇILIĞIN ƏN BAŞLICA SƏBƏBİ MƏHZ SIRF İŞSİZLİKDİR!

Çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günləri Azərbaycanda iş tapmaq olduqca çox çətin bir hala çevrilmişdir.

İşsizlik isə insanın başına hər cür bəlanı gətirir. İlk növbədə, mənəviyyat zay olur. Çünki, insan psixoloji sarsıntı keçirir, beyninə yalnız gic-gic şeylər gəlir, hətta ağlı belə, qaçır. Xalq dili ilə desək: “Şeytan bekarın dostudur”. Bundan əlavə, işsizlik kasıbçılıq abu-havası yaratdığı kimi kasıbçılıq da özünə çarə tapa bilməyən insanı və yaxud insanları cinayətə sövq edir. Yəni oğurluq, qətl-qarət kimi hallar baş verir. Əlbəttə ki, bunlar birmənalı olaraq arzuolunmazdır! Amma, istər-istəməz, işsizlik dərdi insanları buna cəlb edir.

İşsizlik fiziki baxımdan da insanları məhv edir. İnsan evdə çox oturarkən, qan dövranı yaxşı hərəkət etmir, insanda otura-otura və ya yata-yata piylənmə gedir.

İşsizlik ümumi baxımdan da bədbəxtçilik gətirir. Məsələn, işsiz və evə çörək pulu gətirə bilməyən kişinin evi dağılır, arvadından boşanır və günahsız uşaqları da bədbəxt olur.

İşsizlik belə-belə mənəvi, maddi, fiziki, bir sözlə, ümumi problemlər yaratmağa qadirdir! Necə ki, yaradır da.

Bir çox insanlar kasıbçılıq, işsizlik ucbatından evinə nə 1 kq ət və nə də ki, meyvə ala bilir. Camaat ondan nə isə istəyən uşağının üzünə baxa bilmir. Hətta elə atalar vardır ki, utandığından evinə də gələ bilmir. Bu cür hallar zahirən çox ürək ağrıdandır.

Ali təhsilli insanlar işsiz qalmamalıdır. Ali təhsilli insan ilə orta təhsilli və yaxud heç bir təhsili olmayan adamın eyni tərəziyə qoyulması ədalətsiz bir şeydir. Yəni həm ali təhsillinin və həm də ki, savadsızın bazarda bir yerdə meyvə-tərəvəz satması heç bir məntiqə və kitab-dəftərə sığmır.

Savadlı, mədəniyyətli, ziyalı insanlar özləri haqda CV hazırlayaraq müəyyən yerlərə göndərirlər, lakin heç bir ürəkaçan cavab verilmir. Yaxud da utanmaz-utanmaz “Vakansiya yoxdur. Nömrənizi qeyd edirik, nə vaxt lazım olsa, sizinlə əlaqə saxlanılacaq” deyilir. Sizcə, bu, nə deməkdir? Bu yersiz söz kimə və nəyə lazımdır? Adama deyərlər ki, filankəsə bu saat iş lazımdır. Həmin filankəs oturub səni gözləməyəcəkdir ki, 1 aydan və ya 1 ildən sonra sənə işçi lazım olacaq, sən də nazlana-nazlana onu çağıracaqsan. Belə şeylərlə insanların vaxtını almaq, onlara boş yerə ümid vermək heç də düzgün deyildir. Onsuzda, ağıllı insanlar belə gic, mənasız vədlərə arxayın olmurlar.

Üzr istəyirəm bu ifadəmə görə, amma mamli-matan bir qız CV göndərsə, həmin an işə götürərlər, heç onu sorğu-sual etməzlər də. Hər yerdə yalnız qız işçiyə ehtiyac duyulur, oğlan istəmirlər. Bunu da yaxşı anlayırıq ki, nə üçün belə edirlər. Əslində, kişi işçilərin sayı çox olmalıdır. Çünki, evə ruzi gətirən kişidir. Qadın isə evində oturaraq uşaqları və ev işləri ilə məşğul olmalıdır.

İşə imtahan ilə götürülməməlidir. Bunun da heç bir mənası yoxdur. Əgər bir nəfərin ali təhsili vardırsa, yiyələndiyi ixtisası mükəmməl bilirsə və həmin ixtisas üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilirsə, o zaman, onu imtahan ilə işə götürülməsinin nə kimi bir mənası və ya əhəmiyyəti var?! Təbii ki, heç bir əhəmiyyəti yoxdur.

Universiteti bitirən insanlar işsiz qalmamalı və Ali məktəbi bitirdikləri ildə də ixtisasları üzrə işə təyinat almalıdırlar. İmtahana, gözləməyə isə heç bir ehtiyac yoxdur. Lap Ali təhsil alaraq öz ixtisasını bilməyən və bu ixtisasa məcburiyyət üzündən düşən insanlar da işsiz qalmamalıdırlar. Çünki, nə də olsa, ali təhsillidir və hökmən bacardığı bir işə qəbul olunmalıdır.

Əvvəldə də qeyd etdiyim kimi, işsizlik bəlasını, işsizlik adlanan bu dərdi aradan qaldırmaq lazımdır! Həm də qəti və birmənalı şəkildə!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678