Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aylıq gəliri daha yüksək olanların koronavirusa yoluxması ehtimalı daha yüksəkdir – SORĞU

113 Baxış

Ölkədə vaksinasiya prosesində “Sinovac Biotech” şirkətinin inaktiv “CoronaVac” peyvəndinə üstünlük verilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda qeyd edilib. 

Sorğuda iştirak edənlərin 30,6 faizi artıq vaksinasiyada iştirak etdiyini, peyvənd olunanların 78,7 %-i öz təşəbbüsü ilə, 21,3 %-i isə iş yerindən tələb edildiyi üçün vaksinasiya olunduğunu bildirib. 

Orta peşə-ixtisas təhsilli və ali təhsilli respondentlər arasında peyvənd edilənlər orta təhsilli respondentlər arasında peyvənd edilənlərə nisbətdə daha geniş yayılıb. 

Sorğuda iştirak edən kişilərin 37,2 %-i, qadınların isə 25 %-i vaksinasiya olunub. 

Sorğunun nəticələrinə əsasən, aylıq gəliri daha yüksək olan ailələrdə ən azı bir şəxsin koronavirusa yoluxmuş olma ehtimalı daha yüksəkdir. 

Belə ki, aylıq gəliri 501 manatdan yuxarı olan ailələrdə yoluxma göstəricisi respondentin özü üçün 20 %, ailə üzvləri üçün 25 %-dirsə, analoji göstərici 0-250 manat aralığında gəliri olanlar üçün 10 % ətrafındadır. 

Qeyd edək ki, STM ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondentin rəyini öyrənib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678