Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hulusi Akar: “Azərbaycanın haqlı mübarizəsində yanındayıq” – VİDEO

139 Baxış

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Quru Qüvvələri Hərb Məktəbinə girişinin 122-ci ili mərasimində iştirak edib.

Bu barədə nazirliyin rəsmi səhifəsində qeyd edilir.

Mərasimdə çıxış edən Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkələrə dəstəyini əsirgəməyib:

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və nəcib millətimizin hüquqlarını, o cümlədən digər dost və qardaş ölkələrin mənafelərini qorumaqla yanaşı Azərbaycanın haqlı mübarizəsində yanında olub”.

Akar məktəbdə təhsil alan tələbələrə xitabən deyib ki, bu mübarizələr davam edəcək və onu siz davam etdirəcəksiniz:

“Ölkəmiz, millətimiz, Silahlı Qüvvələrimiz sizdən xidmət gözləyir. Bu ciddiyyət və səmimiyyətlə fəaliyyətinizin davamını diləyirəm”.

Millî Savunma Bakanı Hulusi Akar, Atatürk’ün Kara Harp Okuluna (KHO) girişinin 122’nci yıl dönümü dolayısıyla düzenlenen törende bir konuşma yaptı. Bakan Akar, konuşma sonrası “Atatürk ve Sanat Sergisi”ni gezdi.https://t.co/FFzkQs8lhK#MSB #HulusiAkar pic.twitter.com/JTQBq6kwZf

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 13, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678