Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniya ilk dəfə bu strategiyanı qəbul etdi

44 Baxış

Aylarla davam edən danışıqlardan sonra federal hökumət ilk dəfə olaraq Almaniyanın milli təhlükəsizlik strategiyasını qəbul edib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Federal hökumətin bildirdiyinə görə, Federal Xarici İşlər Nazirliyinin himayəsi altında hazırlanmış sənəd “xarici təhdidlərə qarşı təhlükəsizliyi gücləndirmək” üçün təlimatları müəyyən edir.

Strategiya mövcud təhlükəsizlik mühitini təhlil edir və konkret tədbirlər və layihələr hazırlayır.

Qeyd edildiyi kimi, Rusiyanın Ukraynaya hücumundan sonra yaranmış vəziyyət strategiyanın formalaşmasında mühüm rol oynayıb.

Strategiyanın məqsədi bütün təhlükəsizlik siyasəti problemləri üçün idarələrarası təlimatların yaradılmasıdır. Federal hökumətlə əyalət hökumətləri arasında qarşılıqlı əlaqə də nəzərə alınır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678