Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanın Müstəqillik Günü qeyd olunur

125 Baxış

Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.

103 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

Milli bayrama həsr olunan rəsmi mərasim pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə Tbilisinin Azadlıq meydanında keçiriləcək. Qonaqlar arasında Polşa prezidenti Andjey Duda və Ukraynanın müdafiə naziri Andrey Taran da yer alacaq.

Mərasim çərçivəsində Gürcüstanın hərbi texnikasının bir hissəsi nümayiş etdiriləcək, hərbi xidmətə çağırılan çağırışçıların təntənəli andiçmə mərasimi baş tutacaq.

Bu gün həmçinin mayın 22-də Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin Tbilisiyə gətirilən cənazəsinin qalıqları şəhərin Mtatsminda panteonunda dəfn olunacaq.

Bayram mərasimlərinə Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsertlə yekun vurulacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678