Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toylarda yemək süfrələri ləğv olunsun? – SORĞU + VİDEO

125 Baxış

Bir neçə gündür ki, sosial şəbəkələrdə sentyabr ayından etibarən Naxçıvanda keçiriləcək toyların sadələşdirilməsi, israfçılığın qarşısının alınması üçün yalnız şirniyyat süfrələri açılacağı barədə xəbərlər tirajlanır. 

Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Baku TV-yə açıqlamasında yayılmış xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. 

Bəs görəsən, bu xəbər həqiqət olsa və tək Naxçıvanda yox, bütün ölkə ərazisində keçirilən toylara şamil edilsə, insanların reaksiyası necə olar?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, toylarda yeməklərin verilməməsi insanları təəccübləndirməməlidir. Çünki lap əvvəllər toylarımızda yemək verilməsi o qədər də populyar deyildi. İran, yaxud Türkiyədə keçirilən toylara da nəzər salsaq, orada toy süfrələrində yalnız şirniyyatların olduğuna şahid olarıq. 

İqtisadçıların fikrincə, pandemiya ilə əlaqədar məhdudiyyətlə qarşılaşan toy adətlərimizin dəyişəcəyi, sadələşəcəyi istisna olunmur.

İqtisadçı Xalid Kərimlinin fikrincə, kortəbii istehlaka səbəb olan mövcud toy ənənələrinin dəyişməsi nəticəsində cəmiyyət, daha doğrusu, toy sahibləri irəli düşər.

Baku TV-nin şəhər sakinlərindən aldığı sorğunu təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678