Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdam Dövlət Dram Teatrı işğaldan əvvəl və sonra – FOTO

155 Baxış

Ötən gün Ağdam rayonu işğaldan azad edillib.

Mənfur ermənilər Azərbaycanın işğal etdiyi digər şəhərlərində olduğu kimi, Ağdamda da bütün yaşayış evləri, mədəniyyət abidələrini tamamilə dağıdıblar.

Şəhərdə yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı  məhv edilib. 

Sosial şəbəkələrdə teatrın son görüntüsü ilə bağlı foto yayılıb.

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun  “Sərgüzəşti-vəziri-xani-Lənkəran”  və Ə.Haqverdiyevin  “Dağılan tifaq”  pyeslərinin tamaşaları ilə açılıb. 

Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri olub. 

1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678