Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail Qəzzada bufer zona yaradacaq

27 Baxış

İsrail bir sıra ərəb dövlətlərini, o cümlədən Səudiyyə Ərəbistanını hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza ilə sərhəddə bufer zonanın yaradılması təşəbbüsü ilə tanış edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə ”Reuters” İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Təhlükəsizlik rəsmisinin sözlərinə görə, bölgənin dərinliyinin nə qədər olacağı hələ dəqiq deyil- yüzlərlə metrdən 2 kilometrə qədər.

Nəşr qeyd edib ki, Baş nazir Benyamin Netanyahunun xarici siyasət müşaviri Ofir Falk bufer zonanın demilitarizasiya prosesinin bir hissəsi ola biləcəyini deyib.

Qeyd edək ki, Qəzza zolağının uzunluğu təqribən 40, eni 5-12 km-dir və burada təxminən 2,3 milyon insan yaşayır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678