Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
128 Baxış
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Poladov Əbdüləli Zakir oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının əziyi diaqnozu qoyulub.
Məlumat oxu.az saytından götürülmüşdür.