Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan dövlətinin yox olma təhlükəsindən xəbərdardır, çıxış yolu Bakıdır – Lavrov

20 Baxış

Rusiya hesab edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

“Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir”, – Lavrov qeyd edib.

Ermənistan-NATO arasında son dövrlərdəki sıx münasibətlərə mövqeyini açıqlayan Lavrov deyib ki, bu, onları narahat etməyə bilməz: “Biz dəfələrlə erməni həmkarlarımızın diqqətini çəkmişik ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala və idarə et” sxemi üzrə manipulyasiya üçün şərait yaratmaqdır”.

Lavrov əlavə edib ki, Qərb dövlətlərinin əsas məqsədi Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirmək deyil. “Onların vəzifəsi tamamilə fərqlidir. Moskvanı və digər regional gücləri sıxışdırıb sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq”, – Lavrov əlavə edib.

Vəziyyətdən çıxış yolu kimi Lavrov təklif edib ki, çətin vəziyyətdən çıxış yolu göz qabağındadır: “Bakı, Moskva və İrəvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirmək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678