Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

HƏMAS bundan imtina etdi, fasiləni pozdu – Qallant

28 Baxış

Qəzza zolağında humanitar fasilənin uğursuzluğuna görə günah 17 qadın və uşağı girovlardan azad etməkdən imtina edən HƏMAS-dadır.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, tərəflər arasında atəşkəs razılaşması konkret şərtlər əsasında bağlanıb:

“HƏMAS oktyabrın 7-də girov götürülən bütün qadın və uşaqları azad etməlidir. HƏMAS bu razılaşmanı pozdu. O, oğurlanan 80 şəxsi təhvil verəndən sonra əlində olan 15 qadını və iki uşağı geri qaytarmaqdan imtina edir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678