Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu Kremlin deyil, rusların müharibəsidir – Latviya

21 Baxış

Ukrayna işğal olunmuş bütün əraziləri azad etsə də, Rusiyanın Avropaya hərbi təhdidi davam edəcək.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişjanis Karins deyib.

Nazir bildirib ki, Ukraynada müharibə bitən kimi Rusiya ordusunu bərpa etməyə davam edəcək:

“Rusiya öz əhalisinin rifahını artırmağa qadir deyil. Bütün kartlar xarici düşmən axtarmağa və SSRİ-nin dağılmasının ən böyük bəla olması fikrini aşılamağa yönəlir. Buna görə itirilmiş əraziləri faizlə qaytarmaq lazımdır. Təəssüf ki, bu, Kremlin müharibəsi deyil, bu, rusların dəstəklədiyi müharibəyə çevrildi. Rusiya imperialist genişlənmə ilə irəliləyir və Avropa üçün təhlükə olaraq qalır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678